Sülh danışıqları dalana dirənir: Paşinyanın bəyanatları müharibəni alovlandıra bilər

Sevinc Fətəliyeva: "Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir"



Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı verdiyi sərsəm bəyanatlar rəsmi İrəvanın sülh prosesini inkar etməsi siyasətini açıq ortaya qoyur. Bununla yanaşı Ermənistan rəhbərliyi açıqlamaları ilə işğalçı olduqlarını açıq şəkildə etiraf etməkdədirlər. Bir çox azərbaycanlı analitiklər hesab edirlər ki, rəsmi İrəvandan veriləmn bəyanatlar müharibəyə təhrik xarakteri daşıyır.

Ekspertlərin fikrincə əraziləri işğalda olan Azərbaycanın səbri tükənməz deyil. Ermənistanın avantürist rəhbərliyinin belə sərsəm açıqlamaları sonucda rəsmi Bakının hərbi yola əl atması ilə nəticələnə bilər.   

Məsələ ilə bağlı fikirlərini Sherg.az-a bölüşən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müaviniSevinc Fətəliyeva deyib ki, Nikol Paşinyanın bir müddət öncə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi fikirlər, o cümlədən Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi rəsmi İrəvanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti təsdiqidir

ndiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir. Onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı. Bundan əvvəl Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. Paşinyan və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin bu kimi açıqlamaları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir".

Xanım deputat vurğulayıb ki, Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir:

"Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Paşinyanın bəyanatı Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir. Çünki Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Düşmən ölkə rəhbərliyi açıq şəkildə sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu