Mərhum baş redaktorun itkin düşən gəlini tapıldı


Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb.
Trend bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, G.Babayeva mərhum yazıçı-jurnalist, "Ümid press" qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu