Azərbaycanlı müğənni 5 il nikahsız yaşadığı xanımla evləndi


Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.Axşam.az xəbər verir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, övladı olduqdan sonra toy edib:"Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər.Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?".Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu