Cebhe.info-nun yaranması, “Cümhuriyət”in bərpasından 4 il ötür


Bu gün Cebhe.info xəbər portalının yaranmasının, media məkanında öz tarixi olan “Cümhuriyət” qəzetinin bərpasının isə 4 ili tamam olur. Yarandığı gündən xəbər məkanında özünəməxsus yer tutan Cebhe.info media prinsipləri çərçivəsindəki fəaliyyəti, oxucuların operativ, əhatəli xəbər təminatı sahəsindəki işi ilə çeviklik, obyektivlik, dəqiqlik nümayiş etdirib. Məhz bu səbəbdən Cebhe.info 4 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilib və oxucu auditoriyasını formalaşdırıb. Azərbaycanın müstəqillik dövrü mətbuat tarixində özünəməxsus səhifəsi olan “Cümhuriyət” qəzeti bərpasından sonra da təməl prinsiplərinə sadiqliyi ilə diqqəti çəkib. Siyasət, sosial, iqtisadi, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda gündəlik xəbərlər, reportajlar, araşdırma və təhlil materialları təqdim edən qəzetdə hər bir oxucunun öz maraq dairəsinə uyğun material tapması mümkündür. Öz ənənəsinə sadiq qalaraq xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayan “Cümhuriyət” qəzeti Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır və bu məsələ prioritet istiqamətlərdən biri kimi Cebhe.info xəbər portalında da yarandığı ilk gündən diqqətə alınıb.

"Şərq" qəzeti olaraq baş redaktor Rəfail Becanovu və Cebhe.info xəbər portalında, “Cümhuriyət” qəzetində çalışan bütün həmkarlarımızı təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırıq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu