Paşinyanın uğursuz cəhdləri...


Ceyhun Əhmədli: “Moskvanın ona güvəni artmır, əksinə azalır. Və Kreml keçmiş prezident Robert Koçaryanın simasında güclü bir müxalif siyasi qüvvə formalaşdırmaqda israrlıdır”




“Paşinyan son vaxtlar müxtəlif siyasi gedişlər etməklə Rusiya və Qərb arasında balansı qorumağa çalışır”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Ekspert bildirib ki, Paşinyanın bütün cəhdlərinə baxmayaraq, Moskvanın ona güvəni artmır, əksinə azalır: 



“Kreml keçmiş prezident Robert Koçaryanın simasında güclü bir müxalif siyasi qüvvə formalaşdırmaqda israrlıdır. Vaxtaşırı olaraq eks-prezidentin ünvanına şimaldan yazılan mədhiyyələr də bu niyyətdən xəbər verir.

Koçaryanın “Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verən lider” kimi xarakterizə olunmasını başqa cür şərh etmək mümkünsüzdür”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu