“Məqsəd əhalinin sosial rifahının daha da yaxşılaşmasına nail olmaqdır- Deputat

Dünəndən etibarən Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması barədə Prezident İlham Əliyevin sərəncamları qüvvəyə minib. Sərəncamlara əsasən, maaşlar orta hesabla 40% artırılıb.

Minimum əmək haqqı 180 manatdan 250 manata qədər artıb. Əməkhaqları artırılan işçilərin 600 mini dövlət sektorunda, 350 mini isə özəl sektorda işləyənlərdir.

Bu günə qədər ölkə başçısı tərəfindən imzlanan fərman və sərəncamlar əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlib. Həmin sərəncamlardan biri də minimum əmək haqlarının artırılması oldu. Cənab prezident bu cür sosial layihələrin davamlı olacağını bütün çıxışlarında qeyd edir.



Sərəncamla bağlı “Sherg.az”a danışan millət vəkili Rauf Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Deputatın sözlərinə görə, əsas məqsəd əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır:

“Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının mütəmadi olaraq daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Prezidentinin minumum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı da buna bariz nümunədir.

Bu sərəncamla 2019-cu il sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata çatdırılıması nəzərdə tutulub. Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək. Minimuməmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq.

Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu