Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı olub



Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.

“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu