“Ermənistanda vəziyyət komitənin açıqladığından da ağırdır”

Ermənistanda işsizlərin sayı artıb. Bu barəıdə Ermənistan Statistika Komitəsinin hesabatında bildirilib. Məlumata görə, işğalçı ölkədə iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Bundan başqa hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir.
2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı. Eyni zamanda, bu il ərzində Ermənistanda 253 600 işsiz qeydiyyata alınıb, ötən il bu rəqəm 237 600 nəfərə bərabər idi.
Ermənistandakı durumla bağlı “Sherg.az”a danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloqa Mübariz Əhmədoğlu bildirib ki, əsas məsələ Statistika Komitəsinin bu rəqəmləri yaymasıdır. 
Politoloq qeyd edib ki, Statistika Komitəsi tam olaraq Paşinyanın nəzarəti altındadır və ancaq müsbət rəqəmlər yaya bilər:
“Hətta komitə bütün işini Paşinyana uyğunlaşdırıb. Məsələn, Ermənistanda şokoladın belə ixracı artıbsa, Statistika Komitəsi dərhal Paşinyana xəbər göndərir. Yəni, Ermənistanın Statistika Komitəsinin hazırkı təyinatı yalnız Paşinyan üçün müsbət rəqəmlər hazırlamalıdır.
İndi isə bu qurum etiraz edirsə ki, Ermənistanda işsizlərin sayı artıb, deməli, komitənin açıqladığından da ağır vəziyyət hökm sürür. Ermənistan investisiyaya gəlmir, daxilindəki kapital axıb gedir, iş adamları yeni iş yerləri açmırlar.
Belə olan təqdirdə Ermənistanda iki prosesin hökm sürməsi  labüddur. Ölkədə işsizlərin və ölkədən çıxıb gedən sayı artır. Separatçı öıkədə hər iki proses müşahidə olunur. Bu proseslər də getdikcə sürətlənəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu