Gürcüstanda baş verənlərdə “Rusiya izi”... – AKTUAL ŞƏRH

“Vətəndaşlar  “Gürcü arzusu”ndan narazıdırlar. Lakin bu ölkədə baş verənlər daha çox Anakliya limanının tikintisi ilə bağlı xarici güclərin verdiyi reaksiyanın nümunəsidir”. 

Bunu “Sherg.az”a açıqlmasında politoloq Azər Rəşidoğlu deyib. 

Siyasi şərhçinin sözlərinə görə, son illər hökumət və investorlar arasında Anakliya ilə bağlı fikir ayrılıqları yaranıb. Buna görə də layihənin təxirə salınacağı bildirilirdi: 



“Anakliya dərin dəniz limanının fundamenti 2017-ci ildə qoyulub. Layihənin ümumi dəyəri 2,5 milyard dollardır. Bu liman ildə 100 min ton yükdaşıma imkanına malik olacaq. İlkin mərhələsi 2020-ci ildə başa çatdırılacaq layihə İpək yolunu canlandıracaq layihələrin Gürcüstan qolunu təşkil edir. Əslində, bu limanın Gürcüstan üçün strateji əhəmiyyəti böyükdür. Buna görə də layihənin reallaşması gözləniləndir. Gürcüstanın sabiq baş naziri Mamuka Baxtadze layihənin strateji önəmini vurğulayırdı və Gürcüstanın dərin dəniz limanı olmasına çalışırdı. Son dövrlər bu liman uğrunda Çin və ABŞ arasında gərgin rəqabət gedir. Hətta tenderi əvvəlcə Amerika şirkətləri udsa da, sonradan başqa mübahisəli mövzular yarandı”.

Analitik vurğlayıb ki, bu liman vasitəsi ilə ABŞ-ın Qara dəniz sahilində baza açması Rusiyanı narahat edir: 

“Moskva hər vəchlə bu limanın tikintisinə mane olmağa çalışır. Digər tərəfdən, Gürcüstan Azərbaycan qazından asılılığı azaltmaq və SOCAR-ın Poti limanındakı dominantlığından xilas olmaq istəyir. Rusiya limanda ən az pay almaqla Amerikanın burada möhkəmlənməsini onləməyə çalışır. Məsələ ondadır ki, Rusiya ilə əlaqələrin pisləşməsi Gürcüstanı Qərbə meyl etməyə sövq etdi. Lakin Gürcüstan iş adamlarının Rusiya ilə geniş əlaqələri var. Moskva istəyir ki, Gürcüstan Anakliya limaninin 51 faizini Moskvaya versin.

Çunki 51 faizi vermək artıq liman üzərində haqq sahibi olmaq deməkdir. Bu isə birbaşa Rusiyanın təsirinə keçmək anlamına gəlir. Bu baxımdan, Gürcüstanda baş verənlərdə “Rusiya izi” axtaranları anlamaq mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu