Ekspert lisey siniflərinin təşkilini dəstəklədi, amma qulp da qoydu


Kamran Əsədov: “Maddi texniki və kadr potensialı tələblərinə cavab verməyən yerlərdə liseyləri təşkil etmək effektiv olmayacaq”


2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.



Mövzu ilə bağlı “Sherg.az”a danışn tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov hesab edir ki, lisey siniflərinin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin meyl və maraqlarına əsasən lisey sinifləri təşkil olunmalıdır.

Ekspertin fikrincə, maddi texniki və kadr potensialı tələblərinə cavab verməyən yerlərdə liseyləri təşkil etmək effektiv olmayacaq:

“Ümumiyyətlə, liseylər digər kateqoriyalı orta məktəblərdən fərqlənirlər. Çünki liseylərdə hazırlanmış tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Beynəlxalq təhsil proqramının tələb və təcrübələrinə uyğun olaraq şagirdlər peşəkar və qayğıkeş, MİQ və DQ imtahanlarında yüksək nəticə göstərən müəllim heyəti tərəfindən milli şüur aşılanaraq təlim və təhsil alırlar. Xüsusilə liseylərdə şagirdlər bilik əldə etməklə yanaşı, biliyi əldə etmənin və istifadənin yollarını da öyrənirlər.

Liseylərdə məqsəd şagirdləri milli dəyərlərə sahib, texniki inkişafi təqib və tətbiq edən, yeniliklərə asanlıqla adaptasiya ola bilən, nəticəyə yönəlik çalışan, yaradıcı və tənqidi təfəkkürə malik, hədəfi və amalı olan yeni nəslin nümayəndələri olaraq yetişdirməkdir. Liseylər eyni zamanda ixtisaslaşmış təhsil məssisəsi olur ki, istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şərait yaradılır. Yəni şagirdlər fənlər üzrə özlərinin marağı olduğu istiqamətlərə daha çox yönələcəklər.

Liseylərdə ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasına imkan verəcək”. 

K.Əsədov bildirib ki, lisey siniflərinin yaradılması təhsilin keyfiyətinə müsbət təhsil göstərəcək:

“Bu siniflərdə təhsil alanların buraxılış və qəbul imtahanlarının nəticələri digərləri ilə müqayisədə yüksək olacaq. Çünki lisey siniflərində məktəbin istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunur ki, bu da şagirdlərə daha çox öz istiqamətləri üzrə təhsilə vaxt ayırmağa imkan verir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu