Ronaldo vəsiyyət yazdı: Ölsə,  var-dövləti arvadına qalacaq


 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb.

Sputnik Azərbaycan "AS" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bununla bağlı Lissabonda vəkili ilə görüşüb və sənədin bütün detallarını müzakirə edib.

Sənəddə qeyd edilir ki, Ronaldo ölsə, onun əsas varisi sevgilisi Corciana Rodriges olacaq. O, ulduz futbolçunun övladının anasıdır.

Kriştianu Ronaldonun var-dövləti 300 milyon avrodan çox qiymətləndirilir.

Qeyd edək ki, bu yaxınlarda "Hopper" portalı "Instagram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc etmişdi. Ronaldu həmin siyahıya başçılıq edir. Belə ki, futbolçunun hesabında reklam postu paylaşmaq 975 min dollar dəyərindədir.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu