“Ölkəmizdə 50 minə yaxın müəllim işsizdir” - NİYƏ ? 

Məlahət Mürşüdlü:“Düşünürəm ki, bütün ixtisaslar üzrə ölkənin tələbatı nəzərə alınmalıdır. Plan əsasında qəbul həyata keçirilməlidir ki, yaxın 5 ildə ölkənin nə qədər ibtidai sinif müəlliminə ehtiyacı olduğu dəqiqləşdirilsin. Bu, vacib məsələdir” 


Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov ölkəmizdəki ali məktəblərdə olan ixtisaslar barədə danışıb. Ekspertin qənaətincə, Azərbaycanda populyar və ölü ixtisaslar var.
K.Əsədov qeyd edib ki, yüksək bal toplayan abituriyentlər əmək bazarında daha çox ehtiyac olan ixtisasları seçirlər:
“Yerdə qalanlar isə kənarda qalmamaq üçün digər ixtisasları seçirlər. Təəssüf ki, onlar məktəbi bitirdikdən sonra işlə təminatda problem yaşayırlar.
Hazırda ali məktəblərdə qəbul aparılan kifayət qədər ixtisaslar var ki, onlara ehtiyac yoxdur, ölü ixtisaslardır. Bu ixtisasları bitirənlər əmək bazarında işlə təmin olunmur. Bizdə yeni ixtisaslara ehtiyac var. Təəssüf ki, bizim universitetlərdəki bir çox ixtisaslar əmək bazarının tələblərinə cavab vermir. Ümid edirəm ki, Nazirlər Kabineti bununla bağlı araşdırmalar aparacaq və bu sahə tənzimlənəcək”.
Mövzunu dəyərləndirən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az” açıqlamasında söyləyib ki, Azərbaycanda ölü ixtisaslar yoxdur.
Onun sözlərinə görə, sadəcə olaraq ixtisas seçimi zamanı planlaşdırmanın aparılması vacibdir:
“Məsələn istər hüquqşünas, istər müəllimlik və digər ixtisaslara olan tələbat öyrənilməlidir. “Ölkənin bu ixtisasa nə qədər tələbatı var?” sualı ətrafında düşünmək lazımdır.
Ona görə də hər bir ixtisas seçimi zamanı müəyyən araşdırma və planlaşmanın aparılması lazımdır. Məsələn, ölkəmizdə 50 minə yaxın müəllim işsizdir.
Müəyyən ixtisaslar-ingilis dili, ədəbiyyat müəllimi və.s ixtisaslar var ki, həddindən artıq çoxdur. Düşünürəm ki, bütün ixtisaslar üzrə ölkənin tələbatı nəzərə alınmalıdır. Plan əsasında qəbul həyata keçirilməlidir ki, yaxın 5 ildə ölkənin nə qədər ibtidai sinif müəlliminə ehtiyacı olduğu dəqiqləşdirilsin. Bu vacib məsələdir.
Deməzdim ki, hazırda ölkəmizdəki ali məktəblərdə ölü ixtisaslar var. Amma tələbatdan artıq qəbullar var. Ona görə də bütün sahələr üzər planlaşma olmaldıır və bunun əsasında qəbul həyata keçirilməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu