95 faizlik spirti qazsız “Bonaqua”ya qatıb içirlər – Ölüm saçır+ Fotolar

Son zamanlar səfil həyatı yaşayan, alkoqolizmə meyilli olan insanların sayı durmadan artır. Paytaxt küçələrində, parklarda gecələyən bu şəxslərin hər gün spirtli içki qəbul etdiyi hamıya məlumdur. 

Lakin bilmədiyimiz məqamlar var. Belə ki, səfil həyatı sürən şəxslər özləri üçün olduqca təhlükəli içki hazırlayıb qəbul edirlər. Apteklərdə satılan 95 faizlik spirt və qazsız “Bonaqua” suyunu qarışdıraraq içirlər. Əməkdaşımız sözügedən hadisənin şahidi olub. Həmin şəxsin fotolarını çəkə bilməsə də onun suya qatıb spirtli içki əvəzi istifadə etdiyi 95 faizlik spirt qabının fotolarını çəkib.
 Məlumdur ki, hər zaman həkimlər və mütəxəssislər istənilən spirtli içkinin insan orqanizminə zərərindən söz açırlar. Maraqlıdır, qazsız su ilə spirti qarışdırıb istifadə edənləri hansı təhlükələr gözləyir?

Hadisə ilə bağlı “Sherg.az”a açıqlama verən həkim Şahvələd Məmmədov qeyd etdi ki, bəzən spirtlərin təmiz olub-olmaması ilə bağlı müəyyən şübhələr yaranır:

“Çünki Bakı istehsalı olan və Rusiyadan gələn spirtlər var. Təsəvvür edin, spirtdə müəyyən qatqılar varsa və kimsə bunu qəbul edirsə, görün necə təhlükələr yarana bilər. 95 faizlik spirtli qazsız suya qarışdırıb qəbul etmək isə sadəcə olaraq səfil həyatı yaşayan, alkoqol asılılığı olan insanların özləri üçün hazırladığı içkidir. Son zamanlar belə halların sayı da artıb. Bu hal alkoqolizmin bir növudur.
Hazırda gündə alkoqolların ən çox istifadə etdiyi bir variantdır. Ümumiyyətlə, spirtli içkilərin insan orqanizminə vurduğu zərər Bir də var ki, təmiz də olsa tibbi spirtin qəbulu.
Ələbəttə, bu düzgün deyil. Belə içkilərin qəbulu orqanizmin tamamilə sıradan çıxmasına səbəb olur və çox təhlükəli bir haldır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu