Rusiya İran vasitəsilə Qərblə oynayır

Rusiya və İran Xarici İşlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərifin Moskvada görüşü baş tutub. 
Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, İranın nüvə problemi ətrafında yaranan vəziyyət və Suriya münaqişəsi müzakirə olunacaq.


Görüşü “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya dəfələrlə İranın atom-nüvə prqramını müdafiə edib.
Politoloqun sözlərinə görə, hələ 2015-ci ildən qabaq BMT Təhlükəsizlik Şurasının İrana qarşı irəli sürdüyü sanksiyaları Rusiya qəbul edib:
“2015-ci ildə razılaşma sənədi imzalanan zaman da Rusiya İranı müdafiə edirdi. Beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyalar irəli sürəndə Rusiya İranın yanında idi. Amma son illərin hadisələri deməyə əsas verir ki, Rusiya İran vasitəsilə Qərblə oynayır. Yəni, Rusiya İrana göstərmək istəyir ki, onu müdafiə edən və bölgədə təhlükəsizliyin təminində rol oynaya biləcək əsas qüvvələrindədir. Başqa sözlə desək, Rusiya İranı özününkü sayır və dünyanı, xüsusilə də Qərbi İranla hədələyir”. 
Politoloq qeyd edib ki, keçirilən görüşün nəticəsi kimi İranla-Rusiya arasında Sakit okeanda hərbi qüvvələrin təlim keçəcəyi də əsas göstəricilərdəndir:
“Moskva İranla hərbi əməkdaşlıq etdiyini sübut etmək istəyir. Rusiya İranın atom-nüvə proqramı, Suriya məsələsi ilə Qərbə, özəlliklə ABŞ-a göstərmək istəyir ki, bölgədə 12 dövlətdən ikisi onun müttəfiqidir. Bunlardan biri Tehran, o biri isə Dəməşq rejimidir.
Rusiya bununla bölgədə aparıcı dövlət olduğunu elan etməyi düşünür”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu