Zaxarova Paşinyanın  bəyanatını daxili ritorika adlandırıb


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatına münasibət bildirib.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya XİN sözçüsü bu gün keçirdiyi brifinqdə müxtəlif zamanlarda hər iki tərəfdən bu cür bəyanatlar səsləndiyini vurğulayıb.

M. Zaxarova Paşinyanın məlum bəyanatını daxili ritorika adlandırıb: "Hesab edirik ki, siyasi hərəkatda özünü əks etdirən daxili ritorika mövcuddur. Münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər çərçivəsində baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Çox istərdik ki, bütün tərəflər sülh nizamlanması yolunda tezliklə nailiyyət əldə etməyə səy göstərsinlər. Bu, çox çətin, uzun çəkən prosesdir. Fikrimcə, bu istiqamətdə daha tez irəliyə getmək üçün ümumi anlayış var. Bəyanatlar da buna uyğun olmalı, əsas məqsədə çatmağa yardım etməlidir".  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu