13 yaşlı qızın evliliyi ləğv edildi


İctimai medianın gücü öz təsirini göstəri

İranda gerçəkləşən və ictimai mediada paylaşılan 13 yaşlı bir qız uşağının toy mərasiminin görüntüləri böyük reaksiyalara səbəb olub. Səs-küydən sonra evlilik ləğv edilib.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə İranın Boyər-Əhməd əyalətinin Bəhməy şəhərində baş verib. Jurnalist Məsih Alinejad, ictimai media hesabı üzərindən 13 yaşlı bir qız uşağının özündən 15 yaş böyük bir adamla evləndirildiyinə dair görüntü və şəkillər paylaşıb.
Videoda 13 yaşlı qız uşağı 28 yaşlı adamla yan-yana görünür. Jurnalist Alinejad, ictimai mediada dəfələrlə paylaşılan və reaksiyalara səbəb olan görüntülərdən sonra evliliyin ləğv edildiyini bildirib.

Alinejad paylaşmasında, "Video gündəmi  zəbt etdikdən sonra evlilik ləğv edilib. Budur ictimai medianın gücü. Ancaq qanuni sistem hələ kişilərin kiçik uşaqlarla evlənməsinə icazə verir. Bu arada onu da deyim ki,  mən bu videonu paylaşdıqdan sonra bəy tərəfindən dəfələrlə təhdidlərə məruz qaldım" deyə yazıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu