“Münaqişə güc müstəvisinə keçərsə...” – AKTUAL

 
Vasif Əfəndiyev: “...Arel döyüşləri”ndə olduğu kimi Azərbaycan tərəfi bu dəfə tövsiyyə qarşısında geri çəkilməyəcək”


“Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bölgədə gərginliyi artıran bəyanatlar verməkdə davam edir”.

Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya təmsilçisi bəyan edib ki, Paşinyanın açıqlamaları Azərbaycan tərəfini qıcıqlandırmaqla yanaşı hərbi əməliyyatların yenidən alovlanmasına zəmin yaradır: 



“Münaqişə güc müstəvisinə keçərsə, “aprel döyüşləri”ndə olduğu kimi Azərbaycan tərəfi bu dəfə tövsiyyə qarşısında geri çəkilməyəcək. Vəziyyət gərgin olduğu üçün Rusiya təhlükəsizlik şurasının baş katibi Nikolay Patruşev İrəvana və Bakıya səfər edir. Onun səfəri regionda yaranmış gərginliyi yumşaltmaq məqsədi güdür. Patruşevin missiyalarından ən vacibi getdikcə gərginləşən durumu yumşaltmaqdır. Ermənistana səfəri isə Paşinyanı ABŞ-a getmədən öncə təlimatlandırmaq məqsədi daşıyır. Nəzərə alaq ki, Rusiya prezidenti Vladimir Putinin payızın ortalarında Ermənistana səfəri gözlənir. O zaman Patruşevin səfərinin vacibliyini anlamaq mümkün olur”. 

Analitikin sözlərinə görə, Paşinyanın Moskvanın iradəsi xaricində “qəflətən” hakimiyyətə gəlişi iki ölkə arasındakı münasibətləri arzuolunmaz müstəviyə keçirib: 

“Putin Paşinyandan sələflərinin siyasətini davam etdirməyi istəsə də, baş nazir yeni siyasi kursu dəyişməməkdə israr etdi. Paşinyanın “Qarabağ klanı”na qarşı amansız mübarizə aparması Rusiyanı qayğılandırmaya bilməz. Putinin azad edilməsi üçün israrlı tələblərinə baxmayaraq, keçmiş prezident Robert Koçaryan hələ də həbsdə saxlanılır. Bununla da Paşinyan ölkəsində rusiyameyilli qüvvələrin baş qaldırmasının qarşısını almağa çalışır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu