Ermənilərin Tələt Paşanı aşağılamasına sərt MÜNASİBƏT: “O cür heykəl bizdə qoyulsaydı...”


Ermənilər növbəti təxribat kampaniyasına başlayıblar. Məlum olduğu kimi bir neçə il əvvəl Ermənistanın Şirak rayonunda Türk generalı Tələt Paşanı qətlə yetirən terrorçu Soqomon Teyliryanın heykəli qoyulub. Heykəlin ayağının altında isə Tələt Paşanın kəsilmiş başı təsvir edilib. Lakin hər zaman olduğu kimi illər öncə də ermənilərin barbarlığına və terrorizmə dəstək verməsinə göz yumulub. İndi ermənilər heykəlin fotosunu sosial şəbəkələrdə kütləvi şəkildə paylaşaraq, türklər əleyhinə ağza alınmayacaq ifadələr yazır, türk xalqını təhqir edirlər. Hətta “qondarma erməni soyqırımı”nı qəbul etməyənləri təhdid edərək, hamısının aqibətinin bu cür olacağını deyirlər.

İctimaiyyət nümayəndələri Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçuya heykəl qoyulmasını və nüfuzlu dövlət adamının kəsik başının əks etdirilməsini türk millətinə ən böyük təhqir sayıblar.
Onların fikrincə, heykəlin qoyulması türklərə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda açıq-aşkar təxribat və terrorizmi təbliğ etməkdir.
Məlumat üçün bildirək ki, Tələt Paşa 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirilib. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək məhkəmə tərəfindən sərbəst buraxılıb. Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilib. 


Düşmənin növbəti çirkin oyunu ilə bağlı “Sherg.az”a danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, indiki Ermənistan dövləti Rusiya tərəfindən Azərbaycan torpaqları hesabına yaradılıb. 
Tarixçinin sözlərinə görə, dövlət qurulana qədər erməni kilsəsi böyük hazırlıq işləri görüb
“Kilsə əvvəlcə erməni varlılarını bir araya topladı və onlara dövlət bəxş edilən kimi terrora start verdi. Düşmənin bu cür fəaliyyəti xristian dövlətlərin də maraqlarını təmin edirdi. Söhbət Türk Dünyasına qarşı xristian dünyasının münasibətindən gedir. Dünyanın iri gücləri yaxşı bilirlər ki, Ermənistan terroru özünün dövlət siyasəti sayır.
Amma beynəlxalq təşkilatlar Ermənistanı terroru dəstəkləyən dövlət kimi tanımırlar. Təsəvvür edin, o cür heykəl bizdə və Türkiyədə qoyulsaydı, sivil Avropa və ABŞ necə hay-küy qoparardılar. Amma ermənilər bunu rahat şəkildə edir və rəsmi səviyyələrdə etirazlarla üzləşmir”. 
D.Əzimli erməni terrorizmi ilə mübarizə aparmağın yolunu da göstərib: 
“Bunları önləməyin ancaq bir yolu var. O yol da Abdulla Çatlı (Türkiyə kəşfiyyatının məşhur agenti, mafiya lideri - red) kimi adamlar yetişdirməkdir. Erməni terrorçularının qabağına bu cür adamlarla çıxmaq lazımdır.
Yoxsa quru bəyənatlarla, etiraz aksiyaları ilə nəyəsə nail olmaq mümkün deyil. Çünki düşmən bunları vecinə almır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu