“Moskva Paşinyana qarşı siyasətini genişləndirir” – ŞƏRH

 
“Paşinyan və onun komandasının qondarma rejimi təbrik etməsi və nümayəndələrini bura göndərməsi rəsmi İrəvanın qeyri-konustruktiv davranışlarıdır”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, ümumiyyətlə Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır: 



“Paşinyan daxili problemləri Qarabağ münaqişəsinə yönəldir. Ancaq onun açıqlamaları və davranışları müharibə ehtimalını gündəmə daşıyır. Rusiya ciddi şəkildə “Qarabağ klanı”na dəstək verir.

Koçaryana dəstək verməklə bu qruplaşmanı hakimiyyətə hazırlayır. Ona görə də Paşinyan baş verənlərdən ciddi narahatdır və Qarabağ münaqişəsində barışmaz mövqe tutmaqla dəstək qazanmağa çalışır. Hesab edirəm ki, Ermənistan daxilində baş verənlər Paşinyanın əleyhinə işləyir.

Onun bəyanatları sülh danışıqlarının aparılmasını mənasız edir. Moskva da ona qarşı siyasəti genişləndirir. Bundan sonra proseslər onun əleyhinə işləyəcək. Baş nazirin siyasəti səmərə vermir və ölkədə yeni etirazlara səbəb olur”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu