“Ermənistan növbəti inqilabların astanasındadır” - Vətəndaş müharibəsi


 “Paşinyan hakimiyyətinin uğursuzluğunun səbəbi yeni baş nazirin fəaliyyətinin sadəcə pafoslu çıxışlardan ibarət olmasıdır”.

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, digər səbəb isə “Qarabağ klanı”nın fəaliyyəti nəticəsində ölkədə yaranan siyasi gərginlikdir: 



“Paşinyan əvvəlcədən anlamalı idi ki, hakimiyyətə gəlmək üçün verdiyi vədləri qısa zamanda yerinə yetirə bilməyəcək. Ən azından dövlətin imkanları barədə xalqı xəbərdar etməli və müəyyən qədər zaman istəməli idi.

Lakin o, hakimiyyətə gəlməyi qarantiya altına almaq üçün boş vədlər verməyi və pafoslu çıxışlar etmək yolunu seçdi. Ermənistanda təqaüdçülər və tələbələrdən sonra zabitlərin də ayaqlanıb, etirazlara başlaması Paşinyan hakimiyyətinin sonunun yaxınlaşdığına işarədir”. 

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan ordusu yarandığı gündən etibarən Rusiyanın yetişdirdiyi erməni zabitlər tərəfindən idarə olunur: 

“Zabitlərin ayaqlanması təlimatı xaricdən gələ bilər. Düşmən ölkə rəhbərliyinin vəziyyəti həqiqətən çıxılmazdır. Ermənistan növbəti inqilabların astanasındadır. Vətəndaş müharibəsi ehtimalı da güclüdür.

Bu vəziyyətdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ölkədəki gərginliyə hər an ciddi təsirini göstərə bilər. Azərbaycan ordusunun Ermənistana vuracağı ən kiçik zərbə belə ölkəni iflic vəziyyətə salmağa kifayət edər”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu