İran Avropa İttifaqına xəbərdarlıq məktubu göndərib


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktub göndərib.

AZƏRTAC xəbər verir ki, nazirin məktubunda İranın nüvə razılaşmasına əsasən üzərinə düşən öhdəliklərin azaldılması istiqamətində atdığı üçüncü addımı göstərib. Bu addım ondan ibarətdir ki, bu gündən (sentyabrin 6-dan) İran sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bununla yanaşı, M.C.Zərif diqqətə çatdırıb ki, əgər Avropa dövlətləri sazişlə üzərilərinə düşən öhdəlikləri yerinə yetirsələr, o halda İran da nüvə tədqiqatlarını bərpa etməkdən çəkinər.

Xatırladaq ki, 2015-ci ildə aparılan danışıqların nəticəsi olaraq, ABŞ və Avropa dövlətləri ilə İran arasında nüvə proqramının məhdudlaşdırılması barədə saziş imzalanıb. Danışıqlarda F.Moqerini Aİ-ni təmsil edirdi.

Hələlik Avropa dövlətləri və ABŞ İranın bu addımına münasibət bildirməyiblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu