Deputatdan rasional TƏKLİF: “Körpəsinə süd verən analara 2 il əlavə müavinət ödənsin”


Milli Məclisin sosial siyasət və səhiyyə komitələrinin üzvü, millət vəkili Musa Quliyev uşaqlar üçün birdəfəlik müavinətlərin məbləğinin artırılmasına tərəfdardır.

“Sherg.az”a açıqlamasında millət vəkili deyib ki, anadan yeni doğulmuş körpələrə verilən birdəfəlik müavinətlərin məbləği azdır: 

- Bu məsələdə, bəli, razıyam ki, birdəfəlik yardımların məbləği azdır. Əvvəl bu məbləğ 100 manat idi, indi 200 manara çatdırılıb. Ancaq bu da azdır. Bunu artırmaq olar. Hətta mən təklif edirəm ki, körpəsinə süd verən analara 2 il müddətinə əlavə müavinət də ödənsin. Bununla biz gənc xanımlarımızı körpəsini ana südü ilə böyütməyə təşviq edə bilərik. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu