Ermənistanlı nazir yenə Türkiyədən şikayətləndi



 Ermənistan ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Yerevanda bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

"Biz Türkiyə tərəfindən Sürix protokollarına riayət olunmamasının şahidi oluruq. Biz ilkin şərtlər olmadan diplomatik əlaqələrin qurulmasına hazırıq. Lakin bunun üçün hər iki tərəfin istəyi olmalıdır. Mən yaxşı xəbərlərin olmasını deyə bilmərəm", - deyə Mnatsakanyan bildirib.

Xatırladaq ki, 2009-cu ildə ilkin şərtlər olmadan Ermənistan – Türkiyə əlaqələrinin normallaşdırılması üçün Sürix protokolları imzalanmışdı. Lakin bu razılaşma sonradan elə kağız üzərində də qaldı.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu