Girovun qardaşı gileylənir: “3-4 aydır, Şahbazdan məlumatımız yoxdur”

“Şahbazla bağlı yeni heç bir məlumatımız yoxdur”.

Bunu “Sherg.az”a Kəlbəcərdə öz ata-babasının qəbirini ziyarət edərkən ermənilər tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

O bildirib ki, qardaşından sonuncu dəfə xeyli müddət öncə xəbər alıb:



“Şahbaz sonuncu dəfə 3-4 ay öncə məktub yazıb. O vaxtdan bəri heç bir məlumatımız yoxdur. Onun hazırda səhhətinin necə olduğunu bilmirik”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu