"Star" qəzetinin ortasından "Akşam" qəzeti çıxdı


Türkiyədə yayımlanan "Star" qəzetinin içərisindən "Akşam" qəzetinin səhifələri çıxıb. Sputnik Türkiyə xəbər verir ki, baş verənlər oxucuların çaşqınlığına səbəb olub.

Belə ki, bu gün oxucular "Star" qəzetini səhifələyərkən "Akşam" qəzetinin 4 və 17-ci səhifələri ilə qarşılaşıblar.

Hər iki qəzetin "TürkMedya" şirkətinə aid oldunduğu bilinsə də, texniki olaraq belə bir qarışıqlığın mümkün olmadığı deyilir. Səhifələrin rotasiya prosesindən keçərkən dəyişik düşdüyü ehtimal edilir.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu