Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəza törətdi: ölən və yaralananlar var -YENİLƏNİB


Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən APA -ya verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.
Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.
*****

Şəmkir rayonunda ölümnən nəticəıən ağır yol qəzası baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.
Çoxlu sayda yaralanlarılar var. Yaralılar xəstəxanaya yerləşdiliblər.
Faktla bağlı araşdırma aparılır

Paylaş

Bizi Facebookda izləyin
menu
menu