Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb


Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib.

Trend-in "RTHK" radiostansiyasına istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa çalışıblar.

Bundan əlavə qeyd edilir ki, etirazçıların bir hissəsi ABŞ-ın Baş konsulluğunun binası tərəfə hərəkət etmək niyyətindədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu