Azərbaycan - Xorvatiya oyunda hakim dəyişikliyi edilib



Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.

AFFA-nın saytı xəbər verir ki, Sladan Josipovicin səhhətində problem yarandığı üçün yan xətt hakimi Alain Heiniger olacaq.

Xatırladaq ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşünün əsas baş hakimi Sandro Scharer olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu