Netanyahu Rusiyaya səfər etməyə hazırlaşır



İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu B.Netanyahu İsrail kökümətinin həftəlik iclasında çıxışı zamanı deyib.

İrailin baş naziri bildirib: "Gələn həftə ərzində mən prezident Putin ilə hərbçilər arasında koordinasiyanın davam etdirilməsini müzakirə etmək üçün Rusiyaya yollana bilərəm".

Sentyabrın 5-i Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, B.Netanyahu yəqin ki, Soçiyə səfər edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu