"Allaha şükür ki, Neymar PSJ-də qaldı" - Tiaqo Silva



PSJ-nin kapitanı Tiaqo Silva Neymarın komandadan ayrılmamasına münasibət bildirib.

Qol.az “goal.com”a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Braziliyalı millisində birgə çıxış etdiyi hücumçunun Paris klubu üçün vacib oyunçu olduğunu bildirib və komandanı tərk etmədiyi üçün sevindiyini deyib:

“Allah şükür ki, Neymar PSJ-də qaldı. Buna çox şadıq, çünki bizim böyük hədəfimiz var. Söhbət Çempionlar Liqasını qazanmaqdan gedir. Hamı bilir ki, belə əla futbolçu olmadan arzumuza çata bilmərik.

Neymarın gedişi bizim üçün böyük itki olardı. Üç ay futbolsuz qalması onun nə qədər yaxşı və vacib oyunçu olduğunu göstərdi”.

Xatırladaq ki, yay transfer pəncərəsi bağlanana qədər Neymar sabiq klubu “Barselona”ya keçməyə çalışsa da, klublar arasında razılıq əldə olunmadığından bu transfer baş tutmadı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu