Çində baş verən zəlzələdə yaralananların sayı 63-ə çatıb



Çinin Siçuan vilayətində səhər saatlarında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 63-ə çatıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ 63 qəsəbədə dağıntıya səbəb olub. Bir nəfərin öldüyü zəlzələ nəticəsində ümumilikdə, 132 ev dağılıb, 5041 ev isə zədələnib. Dağıntı ilə əlaqədar 2417 sakin təxliyə edilib.

Mülki müdafiə qüvvələri axtarış işləri ilə yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 6:42-də baş verən zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu