Həyat yoldaşından intiqam almaq üçün 4 uşağını asaraq öldürdü


Bir neçə gün əvvəl Cənubi Afrika Respublikasının Pintaun şəhərində törədilmiş kütləvi qətl hadisəsi dünyanı şoka salıb.

Publika.az xəbər verir ki, şəhər sakini Xoli Mpunqose adlı qadın axşam saatlarında məktəbə gələrkən uşaqlarının orada olmadığını görüb. Məlum olub ki, qadının boşanmaq istədiyi həyat yoldaşı Sibosiso Mpunqose məktəbə gələrək onları evə aparıb. O, həyat yoldaşından intiqam almaq üçün uşaqları evə apararaq onların hamısını qətlə yetirməyi planlaşdırıb.

41 yaşlı kişi 4-10 yaş arasında olan 3 övladını mənzildə, 16 yaşında olan böyük qızını isə həyətdə ağacdan asaraq onları qətlə yetirib. O, daha sonra qaçıb gizlənsə də, 1 gün sonra tutulub.

Əri tərəfindn övladları öldürülən qadın Sibosisonun bu hərəkəti onun boşanmaq istəməsi səbəbindən etdiyini deyib. Qatil ata həbs edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu