Gürcüstanın yeni Baş Naziri vəzifəsinin icrasına başlayıb



Gürcüstanın yeni Baş Naziri Giorgi Qaxaria bu gündən vəzifəsinin icrasına başlayıb

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, G. Qaxaria bu gün səhər saatlarında hökumət idarəsinə gəlib. 

Qeyd edək ki, Gürcüstan parlamenti dünən G. Qaxarianın Baş Nazir postunu tutduğu yeni hökumətə etimad göstərib. Müxalifət fraksiyalarının boykot etdiyi parlamentin plenar sessiyasında keçirilən səsvermədə hökumətin yeni tərkibi 98 millət vəkilinin dəstəyini alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu