“Ermənilər tarix boyu Azərbaycana məxsus bütün izləri silmək siyasəti yürüdüblər”

Zaur Məmmədov: “Bütün bu vəhşilik dünyaya göstərilməli və ermənilər ifşa edilməlidir”


“Ermənilər əllərində heç bir fakt olmadan uydurmalar ortaya atır, Culfada erməni qəbiristanlığının dağıdıldığını iddia edirlər”. 

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, əslində hamıya məlumdur ki, məhz ermənilər işğal etdikləri ərazilərdəki müsəlman qəbirstanlıqlarını dağıdıb, məhv ediblər



“Feysbuk səhifəmdə ermənilərin türk və kürd qəbiristanlıqlarını dağıtması ilə bağlı video paylaşmışam. Müsəlman qəbirlərinin dağıdılmasını erməni Narina Kirokasyan lentə alıb. Ermənilər hətta ölüləri də rahat buraxmırlar.

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın indiki Ermənistandakı tarixi torpaqlarında, eyni zamanda Qarabağ bölgəsində islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə islam mədəniyyətinə aid abidələr deyil, digər mədəni nümunələr də məhv edilib.

İlk insan məskənləri hesab olunan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir”. 

Ekspertin sözlərinə görə, ermənilər tarix boyu işğal etdikləri torpaqlarda Azərbaycana məxsus bütün izləri silmək siyasəti yeridiblər: 

“Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılıb.

Ermənilər hər şeyi talan ediblər, müqəddəs məbəd və məscidlər təhqir olunub, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bütün bu vəhşilik dünyaya göstərilməli və ermənilər ifşa edilməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu