İraq hərbçiləri 15 terrorçunu məhv etdi


İraq hərbçiləri ölkənin şimalında beynəlxalq koalisiyanın dəstəyi ilə keçirilən əməliyyatda 15 terrorçunu zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik qüvvələri açıqlama yayıb.

Əməliyyat zamanı həmçinin 9 terrorçu da həbs edilib. Bölgəyə endirilən aviazərbələr zamanı terrorçulara məxsus təlim düşərgəsi də darmadağın olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu