Səbəbkar pəncərələrdir ?!


Kəmalə Ağazadə: “Hər dəfə uşaqlar yıxılıb dünyasını dəyişəndə valideyn diqqətsizliyini önə çəkirik, amma bu yaxınlarda Rusiyada yayımlanan bir proqrama baxırdım. Orada uşaqların yıxılması ilə bağlı faciəvi hadisələrin səbəblərini daha çox pəncərələrdə görürdülər”



Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib. Rayonun Sülh küçəsində yerləşən binadakı mənzillərin birindən 2015-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Uşaq ətrafdakıların köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Valideynlər uşaq xəstəxanaya yerləşdiriləndən sonra hadisədən xəbər tutublar.

Zaman-zaman valideyn diqqətsizliyinə rast gəlirik. Neçə dəfələrlə olub ki, azyaşlı uşağın bir an nəzərdən qaçması bədbəxt sonluqla nəticələnib. Bəs valideynlərin bu qədər biganəliyinə səbəb nədir?



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Sherg.az”a bildirdi ki, ilk öncə uşağın hansı şəraitdə yıxıldığını araşdırmaq lazımdır:

“Bəlkə pəncərə təhlükəsizliyi təmin olunmadığı üçün bədbəxt hadisə baş verib. Hər dəfə valideyn diqqətsizliyini önə çəkirik. Amma bu yaxınlarda Rusiyada yayımlanan bir proqrama baxırdım.

Orada uşaqların yıxılması ilə bağlı faciəvi hadisələrin səbəblərini daha çox pəncərələrdə görürdülər. Ailədə mütləq deyil ki, valideyn daim uşağı yanında saxlasın. Belə hadisələrin baş vermə səbəbləri dəqiq müəyyən olunmalıdır.

Lakin hər bir halda bu gün daha çox valideynin diqqətini uşağın üzərinə cəmləşdirməyi tövsiyə edirik. Amma daim uşağın yanında olmaq mümkün deyil. Ona görə də belə faciəvi hadisələr müxtəlif səbəblərdən baş verə bilir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu