İcma rəhbəri: "Qarabağdakı şou, demokratiya və seçki adına böyük bir təhqirdir"


Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağdakı separatçı ermənilərin keçirdiyi “seçkilər”lə bağlı bəyanat verib. Sherg.az-ın məlumatına görə, Gəncəliyev deyib ki, erməni terrorçuları tərəfindən 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. 

Onun sözlərinə görə reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur: “Bunun heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri”nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur”. 

İcma rəhbəri qeyd edir ki, əslində, işğalçı Ermənistan və qanlı xunta belə “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur

“Saxta “seçkilər”, həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər”. 

 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu