Sabiq XİN başçısından müharibə anonsu: “...Danışıqlar mümkün deyil”

Tofiq Zülfüqarov:“Çünki Ermənistan hər zaman danışıqlardan qaçır. Artıq onlar buna nail olublar”

“Gələcəkdə bizi nəyin gözlədiyi də təxminən bəllidir. Danışıqlar yoxdursa, təəssüf ki, düşmən tərəf bizə müharibədən başqa seçim buraxmayacaq” 



ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli  Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirib.

O qeyd edib ki, erməni baş nazirin bəyənatları danışıqlar prosesinə zərbə vurur.

G.Tseretelinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də ATƏT-in diqqət mərkəzindədir: 

“Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.

Giorgi Tseretelinin açıqlamasını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, Azərbaycanda bir çoxları Paşinyanın bəyənatlarının danışıqlar prosesinə zərbə vurduğunu deyib:

“Məntiq əsasında belə nəticəyə gəlmək olar. İndiki vəziyyətdə görüşlərin mövzusu nə olacaq? Ümumiyyətlə, müzakirə üçün mövzu qalıbmı? Belə bir fikirlər səslənir ki, guya ayın sonundan Nyu- Yorkda danışıqlar və görüşlər keçirilməlidir.

Dünyada müstəqil və beynəlxalq təşkilatlardan olan insanların fikirləri də belədir ki, münaqişə ilə bağlı ortada heç bir mövzu qalmayıb. İndi Dağlıq Qarabağla bağlı danışıqlar mümkün deyil. Çünki Ermənistan hər zaman danışıqlardan qaçır.

Artıq onlar buna nail olublar. Gələcəkdə bizi nəyin gözlədiyi də təxminən bəllidir. Danışıqlar yoxdursa, təəssüf ki, düşmən tərəf bizə müharibədən başqa seçim buraxmayacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu