Etibar Məmmədov keçmişdir: "Onun kimi hikkəli, özünə məftun siyasətçiyə yer yoxdur"


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən siyasətə qayıdışı ilə bağlı sosial şəbəkələrdə xəbər yayılıb. Bildirilir ki, illərdir siyasi proseslərdən uzaq qalan Məmmədov aktiv siyasətlə məşğul olmağa qərar verib. 

Qeyd edək ki, E.Məmmədov sonuncu dəfə siyasətdə 2005-ci ildə aktivlik göstərərək, Milli Məclisə keçirilən seçkilərdə namizəd olaraq iştirak edib. Mandat qazana bilməyən, AMİP lideri, bundan sonra siyasi səhnədən demək olar ki, yoxa çıxıb. 

İndi onun siyasətə qayıdışı müzakirə predmetinə çevrilərkən, bir çox ekspertlər, jurnalistlər bu xəbəri birmənalı qarşılamayıblar. Ümumi fikir isə belədir ki, AMİP lideri siyasətə qayıdarsa da, uğursuzluqla üzləşəcək.  

Siyasi şərhçi, jurnalist Azər Rəşidoğlu da bu qənaətdədir. O, Sherg.az-a deyib ki, ümumiyyətlə E.Məmmədovun siyasətə qayıdışını real hesab etmir: 

“Kimlərsə ictimai fikri zondaj edirdi və əmin oldu ki, ictimai rəy Məmmədovun xeyrinə deyil. Heç kəs "Etibar bəy, bizi xilas elə" deməyəcək. E.Məmmədov bir keçmişdir və onun yenidən böyük siyasətə qayıdışı imkansızıdır. Şəxsən mən inanmıram ki, o, biznesini qoyub, siyasətə gəlsin. Milli Azadlıq Hərəkatındakı xidmətlərinə baxmayaraq, AMİP-in mənəvi lideri bir regionçu siyasətçi kimi tanınır. O, ən yaxşı halda Əli İnsanovun yanında dayana bilər. Hərəkat iştirakçıları onun "Gəncə hadisələri" zamanı tutduğu mövqeyə görə bağışlamayacaqlar. Digər tərəfdən, artıq yeni gənclik formalaşıb. Məmmədov kimi hikkəli, təkəbbürlü və özünə məftun siyasi liderlərə daha yer yoxdur”. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu