"İki seriala çəkilirəm, bəsimdir" - Əməkdar artist 

Hicran Nəsirova: "Hər ikisində də ana obrazı yaradıram"


Əməkdar artist Hicran Nəsirova efirə qayıdır. O, ATV-də yayımlanan “Qız atası” serialına daxil olub.

Bu barədə Əməkdar artist Əkbər Əlizadə məlumat verib.

H.Nəsirova sonuncu dəfə “Vicdan haqqı” serialında rol alıb.

Qeyd edək ki, “Qız atası” serialı növbəti mövsümə 21 sentyabrdan başlayacaq.

 Əməkdar artist «Şərq»in  əməkdaşı ilə söhbətində yeni seriala dəvət aldığını təsdiqləyib: «Maşallah, mən hələ bu barədə heç bir yerdə məlumat verməmişəm. Nə tez yayılıb. Bəli, «Qız atası» serialına dəvət aldım və serialda çəkilməyə razılıq verdim. İnşallah gələn həftədən çəkilişlərə start  verilir. Bundan əlavə bu mövsüm başqa bir serialda da çəkilirəm. Bir mövsüm üçün iki serial bəsimdi. «Dayday» adlı serialda da rol almışam. Hər ikisi komik janrda olan ekran əsərləridir. Hər ikisində də ana obrazı yaradıram. Ümid edirəm ki, obrazım tamaşaçıların xoşuna gələcək».

Aktrisa tərəf-müqabillərindən danışarkən də gileyləndi. «Tərəf-müqabilinin peşəkar olub-olmaması çox vacibdi. Sənin roluna 50 faiz, hərdən hətta 70 faiz məhz tərəf-müqabilinin aktyorluq bacarığı təsir edir.

Sən nə qədər peşəkar olsan belə, əgər tərəf-müqabilin sənətdən uzaq biridirsə, bu sənin obrazına təsirsiz ötüşmür. Hərdən türklərlə müqayisə olunuruq. Siz də müqayisə etdiniz.

Niyə onların serialları daha baxımlı olur? Çünki onlar seriala yetərincə vəsait xərcləyirlər.  Birinci, vəsaitlə bağlı məsələdir. İkinci, texniki avadanlıqlarla bağlıdır. Daha sonra artıq professional rejissor, senarist, daha sonra aktyor seçimi gəlir. Bizdə hər yerindən duran rejissor olduğunu iddia edir.

Axı bu işlər yaradıcılıq təfəkkürü tələb edir. Mən ekran qarşısında, ya da səhnədə qeyri-peşəkarla tərəf-müqabili olmağın əzabını çəkmişəm. Ona görə də çalışıram ki, dəvət alanda həmin heyətin ilk əvvəl nə qədər peşəkar komandadan ibarət olub-olmadığını öyrənim. Əgər peşəkarlar yoxdursa, təklifi qəbul etmirəm. Çünki qeyri-peşəkarlarla işbirliyi yaradıcı insana əzab verir. Mən o əzabı çəkməyə məcbur deyiləm».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu