Millimizin dünya çempionatındakı oyunlarının vaxtı dəqiqləşdi


Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
"Sherg.az"xəbər verir ki, yığmamız final mərhələsi Litvada təşkil olunacaq mundiala vəsiqə uğrunda mübarizəyə əsas mərhələdən başlayacaq.
Joze Alesionun yetirmələri oyunları Bakı İdman Sarayında baş tutacaq mərhələyə Moldova ilə görüşlə start verəcək. Ertəsi Monteneqro ilə qarşılaşacaq yığma son turda Slovakiya ilə üz-üzə gələcək.
23 oktyabr
17:00. Slovakiya – Monteneqro
20:00. Azərbaycan – Moldova
24 oktyabr
17:00. Moldova – Slovakiya
20:00. Azərbaycan – Monteneqro
26 oktyabr
17:00. Monteneqro – Moldova
20:00. Slovakiya – Azərbaycan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu