“İlin sonuna qədər Paşinyan hakimiyyəti devrilə bilər” - Ehtimalı yüksəkdir

“Ermənilər SOROS-un İrəvandakı ofisinin bağlanmasını tələb etməkdə haqlıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Siyasi şərhçi bildirib ki, Paşinyanın hakimiyyətə məhz SOROS fondunun maliyyə yardımı və dəstəyi ilə gəlməsi ilə bağlı ciddi şübhələr var: 



“Təkcə Ermənistan deyil, SOROS-un dəstəyi ilə çevirilişlər baş vermiş bütün ölkələrdə bu cür qarışıq siyasi vəziyyət yaranır. Gürcüstan və Ukraynada da vaxtilə eyni narazılıqlar önə çıxmışdı. Həmin ölkələrdə hələ də qeyri-sabit vəziyyətin izləri qalmaqdadır. Düşmən ölkədə artan gərginliyin Paşinyanın daxili siyasətində hər hansı dəyişikliyə yol açacağını gözləmirəm.

Çünki erməni hökümətinin imkanları göz qabağındadır. Paşinyan və komandası həm xalq tərəfindən, həm də hakimiyyət daxilindəki narazı qüvvələr tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. İlin sonuna qədər Paşinyan hakimiyyətinin devriləcəyi ehtimalı yüksəkdir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu