Portuqaliyada orqanik cır mərsin istehsalına 54 milyon avro sərmayə yatırılacaq



Orqanik cır mərsinin 54 milyon avro dəyərində böyük istehsalı Portuqaliyanın Setubal dəniz limanında yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu giləmeyvənin yetişdirilməsi üzrə yeni ferma köhnə düyü plantasiyasının bazasında yaradılacaq. Bu, Portuqaliyada cır mərsinin becərilməsinə qoyulan ən iri sərmayədir.

Hazırda Portuqaliyada cır mərsin istehsalının həcmi təqribən 220-250 ton təşkil edir və ildə orta hesabla 9 min ton artacağı gözlənilir. Bu artım yeni istehsalatın özünün pik həddinə çatdığı zaman baş verəcək və ixrac olunacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu