Paytaxtda qəza: iki avtobus toqquşdu


Bir qədər əvvəl Heydər Əliyev prospekti hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, qəza nəticəsində minik avtomobili eləcə də, 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Qəza ilə əlaqədar araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu