Şəhid adının əbədiləşdirilməsi və ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik


Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu