Azərbaycanda zəlzələ oldu


Lənkəranda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Xəbərə görə, yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu