Bu il 124 nəfər dərmandan zəhərlənib, 96 nəfərdə isə...


Bu ilin yanvar-avqust ayları ərzində 124 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

"Sherg.az" bildirir ki, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 16-sı uşaq olub.

A.Maqsudov bildirib ki, il ərzində 15-i uşaq olmaqla, 96 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu