Dünən yollarda 3 nəfər ölüb


Daxili İşlər Nazirliyi respublikanın ötən günə olan kriminogen statistikasını açıqlayıb.

Nazirlikdən "Sherg.az"a verilən məlumata əsasən, daxili işlər orqanları gün ərzində törədilən 19 cinayətin üstünü “isti izlər”lə açıb.
Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin təfərrüatları müəyyən olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu