“Amulsar qızıl mədəni ilə bağlı etirazlar şiddətlənib” - Paşinyan başını itirib



“Ermənistanda Amulsar qızıl mədəni ilə bağlı etirazlar şiddətlənməkdədir. Mədənin istismara verilməsi Ermənistanda çayları və Sevan (Göyçə gölü – red.) gölünü çirkləndirməklə böyük ekoloji faciə yaşadacaq. Amma bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi “Lydian” şirkəti ilə müqavilə bağlayaraq mədənin istismarına davam etmək niyyətindədir. Burda bir sual meydana gəlir. Nəyə görə Paşinyan hökuməti mədəndə işin davam etməsinə israrlıdır ? !”.

Bunu “Sherg.az”a millət vəkili Azər Badamov deyib. 

Onun fikrincə, birincisi ona görə ki, Ermənistan iqtisadiyyatına böyük gəlir gətirəcək ayrı mənbə yoxdur. Amulsar mədənin istismarı Ermənistanın ÜDM-də 185 milyon dollar artıma gətirməlidir:



 “Təbii ki, iqtisadiyyatı çökmüş iflas içində yaşayan Ermənistan üçün bu çox böyük məbləğdir və bundan imtina etmək istəmir. İkincisi isə Ermənistan hökuməti mədənin istismarı ilə bağlı “Lydian” beynəlxalq şirkəti ilə müqavilə imzalayıb və lisenziya verilib. Əgər Ermənistan hökuməti bu şirkətə vermiş lisenziyanı ləğv edərsə, beynəlxalq təzyiqlə üzləşəcək və məhkəmələrdə Ermənistanı böyük məbləğdə cərimə gözləyir”.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, bir beynəlxalq investora qarşı göstərilmiş ədalətsiz yanmaşma Ermənistana investisiya qoymuş digər şirkətlərdə də etibarsız məkan fikri formalaşdıracaq: 

“Həm də lisenziyanın ləğvi Ermənistan ABŞ münasibətlərinə xələl gətirəcək. Beləliklə, Paşinyan başını itirib nə edəcəyini bilmir. Əgər Amulsar yatağının istismarını dayandırsa, beynəlxalq təzyiqlə qarşılaşacağı və böyük iqtisadi itkilərlə qarşılaşacağı gözlənilir. Əgər icazə verilsə, ölkədaxili siyasi vəziyyət  gərginləşəcək.  Təbii ki, bütün bunlar Ermənistanın gələcək perespektivinə yaxşı heç nə vəd etmir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu