“Xocalı – zülmət bir gecə” filmi təqdim olunacaq


Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızı yeni layihəsini təqdim edəcək. Bu, “Xocalı – zülmət bir gecə” filmidir. Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində hazırlanıb.

Film artıq yekunlaşıb.

Filmin rejissoru Sədi Məmmədovdur. Filmdə Xocalı soyqırımında ermənilərin girovluğunda olan soydaşlaımızın ağlasığmaz işgəncələrə məruz qaldığı, onların özü tərəfindən nəql edilir. 

“Xocalı sağalmayan yaramazdır. İllər ötsə də, bu yara qövr edəcək, qaysaq bağlamayacaq” deyən S.Müslümqızı əlavə etdi ki, şahidləri dinlədikcə adam dəhşətə gəlir. Bu qədər qəddarlıq yalnız erməni xislətində ola bilər. 

“İnanıram ki, damarlarında türk qanı axanlar Vətənimizə, onun günahsız insanlarına bu zülmü yaşadanları heç vaxt bağışlamayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu